Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan prezidenti İlham Əliyevi təbrik etdi  

Prezident Heydər Əliyev müasir Azərbaycan dövlətinin formalaşmasında mühüm rol oynamış görkəmli dövlət xadimi idi...

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Sizə və Azərbaycan xalqına Gürcüstan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Prezident Heydər Əliyev müasir Azərbaycan dövlətinin formalaşmasında mühüm rol oynamış görkəmli dövlət xadimi idi. Məhz onun uzaqgörənliyi güclü və firavan dövlət quruculuğunun əsasını qoydu.

Bütün ölkə üçün ümid çırağı olmuş atanızın Azərbaycan xalqının firavanlığı naminə gördüyü işlər və göstərdiyi səylər gələcək nəsillərin yaddaşında qalacaq, daim onların ilham və qürur mənbəyi olacaqdır.

Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan özünü qlobal miqyasda mühüm dövlət kimi təsdiqlədi. O, ölkələrimiz arasında əlaqələrin inkişafında həlledici rol oynayıb. Gürcüstan Azərbaycanla möhkəm dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirir. Biz xalqlarımızın firavanlığı naminə bu əlaqələri daha da dərinləşdirməyə hazırıq.

Zati-aliləri, Sizə bir daha dərin ehtiramımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına sülh, cansağlığı və firavanlıq arzulayıram”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

İsrailli fəallar BMT TŞ-da çıxış edən Lavrovun çıxışını dayandırmağa çalışıb

Ən çox oxunanalar